Xəstəxana təmiri – TENDER ELANI
10:22
18 İyul 2018
FED.az xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanası, əsaslı və cari təmir işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot -1 .Əsaslı təmir işlərinin satınalınması.
Lot- 2 . Cari təmir işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Quba şəhəri, Fətəlixan küçəsi 12 (əlaqələndirici şəxs: Babayev Elşən Baba oğlundan, telefon: (023) 335-29-58) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı lot -1150 manat və lot -2 isə 100 manatdır.
Bank rekvizitləri:
H/h: AZ37AİİB32051019446500246165
VÖEN: 4500202691
Bank: “Kapital Bank”ın Quba filialı
Kod:200651
VÖEN:9900003611
M/h:AZ37NABZ01350100000000001944
S.W.İ.F.T:AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 avqust 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 sentyabr 2018-ci il saat 17.00 -a qədər Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 7 sentyabr 2018-ci il saat 15.00-da Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası