Xarici İşlər Nazirliyi (VÖEN: 1300382431) iki yeni tender elan edib.
Dövlət Agentliyi 15 milyon manatlıq - TENDER ELAN EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən iş vaxtı fəaliyyətinin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı malların satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 98 min 581 manatdır. Tenderdə iştirak haqqı 197 manat, istifadə haqqı 25 manatdır.
Elan olunmuş digər tender çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən katriclərin dolumunun satın alınması nəzərdə tutulur. Bu tenderin ilkin ehtimal olunan qiyməti 99 min 265 manatdır. Tenderdə iştirak haqqı 199 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Murad Əliyev – Rəis müavini / [email protected] /
+994 12 596 92 57
Şərtlərə görə, iddiaçılar təkliflərini 20 iyul 2026-cı il, saat 19:00-a qədər Bakı şəhəri, Sh.Qurbanov küç.50 ünvanına təqdim edə bilərlər.















