Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti “Şuşa şəhəri Malıbəyli kəndinə 50, Xankəndi şəhəri Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna 150 məcburi köçkün ailələrinin köçürülməsi işlərinin satınalınması” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “166 Global Logistics” MMC olub.
Şirkətlə 272 000 manat məbləğində müqavilə imzalanıb.