“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi (VÖEN: 8000075911) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, elan Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin cari təmir işlərini əhatə edir.
Satınalmanın ehtimal olunan qiyməti 1 milyon 485 min 243 manat 95 qəpikdir.
Müsabiqənin dərc olunma tarixi 09.09.2025 saat 15:31-dir. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 08.10.2025 saat 15:00-a təyin edilib.
Müsabiqədə iştirak haqqı 600 manat, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 manatdır. Təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. İddiaçıların sayı üçdən az olduqda satınalma baş tutmamış sayılır və ödənilmiş məbləğlər geri qaytarılmır.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – şöbə müdiri Razim Məmmədovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 10 265 99 79.
İddiaçılar təkliflərini 08.10.2025-ə qədər Xankəndi şəhəri ünvanına təqdim edə bilərlər.