Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Təhsil müəssisəsi əməkdaşları üçün İngilis dili təlim xidməti aldı - QİYMƏT
FED.az xəbər verir ki, sözügedən tenderdə Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulub.
Tenderin qalibi “Planet Construction” MMC (VÖEN: 1005274361) olub. Qalib şirkətlə 9 918 674 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “Planet Construction” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qafqaz Şirinov Tehran oğludur. Hüquqi ünvanı AZ1108, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi ştq, Əcəmi Naxçıvani, ev 4, m. 5 ünvanında yerləşir.