“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi 2026-cı il üzrə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında keçiriləcək bayram tədbirləri xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "The Event Company" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə 695 085 manat məbləğində satınalma müqaviləsi imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 951 884 manat təşkil edirdi.
Qeyd edək ki, bu bayram tədbiri xidməti Novruz bayramı ilə əlaqədardır.
Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC-nin 10 sentyabr 2025-ci il tarixində elan etdiyi və müxtəlif biznes forumların, görüşlərin və tədbirlərin keçirilməsini nəzərdə tutan 594 171 manatlıq tenderin də qalibi olub.











