"Azərişıq" ASC (VÖEN – 9900069391) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Xaçmaz rayonu Nərəcan, Çaykənarı, Beyləqan rayonu Bünyadlı və Gödəklər yaşayış məntəqələri ərazisində komplekt transformator məntəqələrinin (KTM), 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulmasıdır. Ehtimal olunan qiymət 6 218 045 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 15 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Namik Heybətov - şöbə müdiri
[email protected]
+994 12 440 39 93 (9219)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 15 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065 ünvanına təqdim edə bilərər.












