Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bakı şəhəri, Yasamal rayonu, 20 nömrəli tam orta məktəbin və Nizami rayonu, “Zəngi” liseyinin cari təmiri işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “VK Group N1” MMC olub. Şirkətlə 689 min 337 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də həmin qurumun 493 min 849 manat dəyərindəki “Respublika ərazisində bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satınalınması” (24.10.2022) tenderini qazanıb.