FED.az xəbər verir ki, Viləşçay Su Anbarı İstismarı İdarəsi 2018-ci ildə hidrotexniki qurğuların cari təmiri üçün mal-materialların və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR.
Lot-1. Hidrotexniki qurğuların cari təmiri üçün mal-materialların və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 100 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Viləşçay Su Anbarı İstismarı İdarəsindən (Masallı rayonu, Seybətin kəndi. Əlaqələndirici şəxs: Fətullayev Əjdər Almas oğlu. Telefon: 025-21-5-31-87) ala bilərlər.
Təşkilat: Viləşçay Su Anbarı II
VÖEN: 6400132621
Masallı YXO
Hesab: AZ44AllB32051019446100201161
VÖEN: 6400037221
Bank: “Kapital Bank”ın Masallı filialı
Kod: 200617
VÖEN: 9900003611
Müxbir hesab: AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK -ALLBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 sentyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 12 sentyabr 2018-ci il saat 18.00-a qədər Viləşçay Su Anbarı İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 sentyabr 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Viləşçay Su Anbarı İdarəsi – Tender
17:35
31 İyul 2018