Dövlət Sərhəd Xidməti videomüşahidə üçün arxiv avadanlıqları ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700360581
Satınalan təşkilatın ünvanı: AZ 1000, Bakı şəhər, Z.Əliyeva küçəsi, 30
Müsabiqənin başlama tarixi və vaxtı: 17.07.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 08.08.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.08.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 17.08.2023 14:00
Ödəniş şərtləri - Ödəniş iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra elektron qaimələr, hesab fakturalar, aktlar və digər sənədlərə əsasən aparılacaqdır.
Çatdırılma yeri - Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi 52-ci km
Çatdırılma müddəti - 2023-ci ilin sonunadək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
1) Tenderdə iştirak etməklə bağlı ərizə.
2) Nizamnamə.
3) Dövlət qeydiyyatı haqqında şəhadətnamə.
4) Dövlət reyestrindən çıxarış.
5) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına borcunun olmaması,son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair və vergi dövriyyəsi haqqında arayış;
6) İddiaçının satınalma proseduruna başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Məhkumluq haqqında arayış).
7) İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Yüklülük arayışı).
8) 2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiqlənmiş surəti (2022-ci il üçün mənfəət vergisinin bəyannaməsi).
9) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış.
10) İddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı.
11) Rekvizitlər.
İxtisas göstəriciləri:
1) Potensialı,maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair əsas şərtlər toplusunun 3-cü bölməsində göstərilən Əlavə 1-in “İddiaçının ixtisas göstəriciləri haqqında məlumat” forması əsasında arayış və təsdiqedici sənədlər toplusu.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Toğrul Qarayev, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 012-498-01-36
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Çöl tipli İP kamera |
- |
6 |
ədəd |
2 |
16 Kanallı şəbəkə video yazıcısı (NVR) |
- |
1 |
ədəd |
3 |
16 TB yaddaş dəstəkli saxlanc sistemi |
- |
1 |
ədəd |
4 |
12 TB yaddaş dəstəkli əlavə saxlanc qurğusu |
- |
2 |
ədəd |
5 |
16 POE portlu şəbəkə kommutatoru |
- |
1 |
ədəd |
6 |
6 TB sərt disk |
- |
8 |
ədəd |
7 |
10 TB sərt disk |
- |
72 |
ədəd |
8 |
128 GB yaddaş kartı |
- |
6 |
ədəd |
9 |
Videomüşahidə serveri, lisenziya ilə birgə |
- |
2 |
ədəd |
10 |
3000 VA, 230V kəsintisiz qida mənbəyi |
- |
1 |
ədəd |
11 |
Video nəzarət proqram təminatı, lisenziya ilə birgə |
- |
1 |
ədəd |
12 |
İlkin qüsura dözümlülük proqram təminatı, lisenziya ilə birgə |
- |
1 |
ədəd |
13 |
İş və xidmətlər |
- |
1 |
ədəd |