Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB “Məhəllədaxili yollarda abadlıq işlərinin satınalması” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Vest-LTD" QSC olub. Şirkətlə 418 min 747.12 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Abadlaşdırma Və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi 1 milyon 976 min 246.42 manat “Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (09.12.2022) .