FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsi və layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunlaşdırılması ürzə tender elanının qalibi bəlli olub.
Eləcə də bax: Azərbaycanda dövlət qurumu üçün - YENİ BİNA TİKİLƏCƏK
Tenderin qalibi “GRANDPROJE” MMC şirkəti olub. Şirkətlə 141 min 600 manatlıq müqavilə bağlanıb.