Tender 1 lot üzrə keçirilir::
lot 1 - Nazirliyin server otağında şəbəkə və əməliyyat sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), nazirliyin məlumat bazalarının, arxiv sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) altsistemlərinin, internet vasitəsilə verilən xidmətlərin və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminin dəstəklənməsinin, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS-in) dəstəklənməsinin və inkişafının, Beynəlxalq məlumat mübadiləsi sisteminin, elektron imza sisteminin dəstəklənməsinin, sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzinin) texniki avadanlıq və proqram təminatlarına texniki dəstəyin göstərilməsinin, AVİS altsistemləri, İnternet Vergi İdarəsi, Axtarış - Hesabat və digər proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi xidmətləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Lev Landau küçəsi 16 (AZ1073) (Əlaqələndirici şəxs :Gülbahar Qasımova, telefon :(+99412) 403-87-91) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 550 manat
Hesab: AZ65CTRE00000000000002118401
VÖEN 1300204521
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər: Tenderdə iştirak etmək üçün iştirakçı aşağıda göstərilən sənədləri təqdim etməlidir: • Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə); • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); • Tender təklifinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır); • İştirakçının Azərbaycan Respublikasında vergilərə, digər icbari ödənişlərə dair yerinə yetirilməmiş və vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; • İştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; • İştirakçının ixtisas göstəricilərinə dair sənədlər; • İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri; • İştirakçının bank rekvizitləri barədə məlumat; • İştirakçının rəhbərinin kimliyini və vəzifəyə təyin olunmasını təsdiq edən sənədlərin surəti; • Yekun müqavilənin yerinə yetirilməsinə əsas rəhbərlik edəcək və texniki işləri yerinə yetirəcək işçilərin ixtisası və təcrübələri barədə məlumat; • İştirakçının işin icrasına və ya qarşılıqlı öhdəliklərin yerinə yetirmədiyinə görə hal-hazırda məhkəmə araşdırmalarının aparılıb aparılmaması barədə məlumat; • Tenderin əsas şərtlər toplusunda iştirakçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-04-04 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-04-12 18:00qədər Bakı şəhəri, Yasamal rayonu, Lev Landau küçəsi 16 (AZ1073) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-04-13 16:00 tarixində AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi 16 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Vergilər Nazirliyi - Tender elanı
16:18
12 Mart 2018