Vergilər Nazirliyi tədbirlərin təşkili üçün keçirdiyi tenderin qaliblərini elan edib.
Tenderin qaliblərindən biri Azinko Development MMC məxsus Alov Qüllələri Fairmont Otel olub və 12 min 487 manat dəyərində müqavilə imzalanıb.
Müqavilənin predmeti konfrans, görüş otaqlarının icarəsi və tədbirin təşkili işləridir.
Eləcə də bax: Azərbaycanda korrupsiya ilə bağlı ən çox müraciət edilən sahələr açıqlanıb - SİYAHI
Tenderin digər qalibi 22 min 534 manat dəyərində müqavilə bağlanılan “Baku Boulevard Hotel Company” MMC-dir.
Müqavilənin predmeti tədbirin təşkili işləri olub.
İki müqavilənin ümumi məbləği 35 min 21 manat təşkil edib.
Vergilər Nazirliyi Bakıdakı 2 otelə 35 min manatdan çox pul ödəyib
13:46
5 Mart 2019