İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Zərif Müştəri” qurğularına (Thin Client - elektron disksiz qurğu), kompüter, noutbuklara, printerlərə və telefonlara texniki xidmətinin, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) avadanlıqlarına və arxiv üçün nəzərdə tutulmuş avadanlıqlara, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Zərif Müştəri”, “Asan imza” və “Onlayn Kassa” sistemlərinin avadanlıqlarına və digər avadanlıqlara texniki xidmətinin, Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları, konfrans və müşahidə sistemlərinə texniki xidmətinin, korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin və Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Zərif Müştəri”, “Asan İmza” və “Onlayn Kassa” sistemlərinin Ehtiyat Mərkəzində olan avadanlıqlarına texniki xidmətinin göstərilməsinin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 1 000 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1300204521
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 23.01.2024 16:19
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.02.2024 10:00
Zərflərin açılış tarixi və vaxtı: 22.02.2024 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülşən Əliyeva, Böyük iqtisadçı
Email : [email protected]
Əlaqə telefonu : (012)4038034