Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
FED.az xəbər verir ki, keçirilmiş tenderin qalibi "Proes" MMC (VÖEN: 1504935091) olub.
Şirkətlə dövlət qurumu arasında 1 999 401 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Müqavilənin predmeti Bakı şəhərinin və ətraf ərazilərinin seysmik mikrorayonlaşdırılması və fəlakətlərin idarə edilməsinin planlaşdırılması üzrə texniki layihənin hazırlanmasıdır.
Qeyd edək ki, “Proes” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmir Bəşirli Fəxrəddin oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Fətəlikhan Xoyski pr., ev 138A, m.10 ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir, hal-hazırda isə 1596 manat dəyərində vergi borcu var.