Bakı Dövlət Universiteti Elmi Kitabxananın inzibati binasının əsaslı təmiri işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün malların (iş və xidmətlərin) satınalınması üzrə tender elam edir.
FED.az xəbər verir ki, tenderlə memarlıq planlaşdırma və perspektiv 3D görüntülə, kommunikasiya bölmələrinin hazırlanması, sənədləşmə işlərinin icrası və s. işlər görüləcək.
Tenderdə iştirak haqqı 150 manatdır və tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 27.01.2022 - ci il saat 11:00 - a kimidir.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - zəruridir
Rekvizitlər - zəruridir
Qeydiyyatdan keçdiyi ölkə - zəruridir
Nizamnamə - zəruridir
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - zəruridir
Maliyyə vəziyyəti haqqında bank arayışı - zəruridir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - zəruridir
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
Texniki təklif: 50 bal
İddiaçının yerinə yetirdiyi oxşar müqavilələr ( Tövsiyyə məktubları) 10
Malların mövcud tələblərə uyğunluğu 10
Malların çatdırılma müddəti 10
zərflərin açıldığı gündən 1 ay ərzində İddiaçının maddi-texniki baza imkanları 10
Kadr imkanları 10
Qiymət təklifi:: 50 bal
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin qiymətinin təsviri 50
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Əsgərli Nailə Böyük mütəxəssis[email protected](012) 539 15 36
məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür;
• satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış olmaq mümkündür.