Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən elan edilən tenderin nəticələri açıqlanıb.
"Azərsu" borulara yamaq vurmaq üçün - 420 MİN MANATLIQ XAMUT ALIB
FED.az xəbər verir ki, tender əsaslı təmir işlərinin satın alınması ilə bağlı elan edilmişdi. Tenderin qalibi "Koneks Construction" MMC (VÖEN: 3103278031) olub.
Universitetlə şirkət arasında bağlanan müqavilənin ümumi dəyəri 9 735 845 manat təşkil edir.
Qeyd edək ki, "Koneks Construction" MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202 ünvanında yerləşir.