Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “İsmayıllı və Qobustan rayonlarının bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, “Ağsu rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, “Şamaxı rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər üç tenderin qalibi "Ülvi İnşaat" MMC olub. Şirkətlə müvafiq olaraq birinci tender üzrə 115 min 523.7 manat, ikinci tender üzrə 262 min 742.2 manat, üçüncü tender üzrə 266 min 571.45 manat. Ümumilikdə 644 min 836.9 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 1 milyon 460 min 237.8 manat dəyərindəki “Bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması “ tenderi üzrə müqavilə imzalanıb (12.12.2022) .