“İnterTobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti tütün istehsalı və emalı gücünün artırılması üçün tutumu 9 ton olan 120 ədəd yaşıl tütün qurutma kameralarının satınalınması məqsədilə A Ç I Q T E N D E R E L A N E D İ R
Tenderdə iştirak haqqı 200 (iki yüz) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderin Əsas Şərtlər Toplusunu almaq və tenderdə iştirakçı statusunu əldə etmək üçün “İnterTobacco” MMC-nin aşağıdakı manat hesabına 200 (iki yüz) manat məbləğində vəsait ödəmək tələb olunur: Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəz filialı Swift Code: IBAZAZ2X Bankın ünvanı: Az 1005 Bakı şəhəri, Nizami küçəsi 67. M/h:AZ03NA BZ01350100000000002944 Кod: 805250 Bank :VÖEN: 9900001881 Alan: “İnterTobacco” MMC Alanın hesabı: AZ33IBAZ40040019449335300120 VÖEN: 1300976201 Müvafiq avadanlıqların istehsalı və ya satışı sahəsində geniş təcrübəyə və madditexniki bazaya malik olan hüquqi şəxslər tenderdə iştirak edə bilərlər.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi;
- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti) və bank rekvizitləri;
- tender təklifinin təminatını təsdiq edən sənəd (bankın təminatı);
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında arayış ;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
Tender təklifinin bank təminatı tender təklifinin 2 (iki) faizdən az olmamalıdır. İddiaçının tender təklifindəki qiymət malların qiymət dəyərindən başqa, nəqliyyat, ƏDV, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir. Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan və biliklərə malik olmalıdırlar. İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 mart 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 12 mart 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 13 mart 2018-ci il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 nömrəli ünvanda açılacaqdır. Tenderin keçirilməsi ilə bağlı əlavə məlumat əldə etmək üçün “İnterTobacco” MMC-nin əməkdaşı İdris Mirzəyevlə əlaqə (tel: +994 12 464 95 12, +99 450 243 91 16) saxlamaq lazımdır.
Tender komissiyası
Tütün qurutma kameralarının satınalınması – TENDER
10:00
17 Yan 2018