Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti dəyəri 36 milyon manatdan çox olan iri tenderin nəticələrini açıqlayıb.FED.az xəbər verir ki,“ “Boz-Təpə kanalının yenidən qurulması üçün matexniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması” (I mərhələ)” tenderinin qalibi «Özgün İnşaat Taahhüt Sanayi ve Ticaret Ltd. Şti” şirkəti olub. Şirkətlə bu tender üzrə 36 milyon 369 min 654 manat dəyərində müqavilə imzalanıb.
Türk şirkəti Azərbaycanda 36,4 milyon manatlıq tenderin - QALİBİ OLDU
12:15
27 Okt 2022