Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Su Pek Proje ve Müşavirlik Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialıdır.
Şirkətlə 2 047 890 manat dəyərində satınalma müqaviləsi imzalanıb.