Dövlət Turizm Agentliyi tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: İcra hakimiyyəti yolların təmiri üçün - 1,5 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi "İsmayıllı Tikinti-27" MMC olub.
Agentlik Muğanlı-İsmayıllı (17-ci km-dən)-Basqal avtomobil yolunun yenidən qurulması (4 km) və Basqal dairəvi yolunun tikintisi (1,3 km) işləri üçün "İsmayıllı Tikinti-27" MMC ilə 1 milyon 853 min 472 manat məbləğində müqavilə imzalayıb.