Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili” tenderinin nəticələrini elan edib.
Köçkünlərin torpaqlarına qayıtması üçün təbliğata - 1,8 MİLYON MANAT XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi Azərbaycan İcma İnkişafı Üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi İctimai Birliyi (VÖEN: 1000522051) olub.
Qalib şirkətə 2 888 468 manat ödəniləcək.
Tender üzrə ehtimal olunan satınalma dəyəri 3 611 999 manat olaraq müəyyən edilsə də, qalib şirkətlə bağlanan müqavilənin məbləği 2 888 468 manat təşkil edib. Bu isə ilkin proqnozla müqayisədə 723 531 manat və ya təxminən 20% daha aşağı qiymətə razılaşma deməkdir.