Turizm Agentliyi Xocavənd rayonu, Tuğ kəndində bərpa və tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə tender elan edir.
Tikili və avadanlıqların alınması üzrə - BÖYÜK TENDER ELANI - SİYAHI
FED.az xəbər verrir ki, təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 13.09.2022 10:40 - 28.09.2022 18:00 tarixinədək qəbul olunur.
Göstəriləcək xidmətlərə ümumilikdə aşağıdakılar daxildir:
- ZONA 1 (Turizm Məlumat Mərkəzi və Şərab dequstasiya məkanı, Mövcud binanın bərpa işləri. Təyinatı: Tarixi abidə, Abadlaşdırma işləri);
- ZONA 2 (Tarixi Saray kompleksi, Abadlaşdırma işləri);
- ZONA 3 (Tarixi Çeşmə, Mövcud köhnə binalar, Abadlaşdırma işləri);
- ZONA 4 (Kafe, Abadlaşdırma işləri);
- ZONA 5 (Avtomobil dayanacağı, Abadlaşdırma işləri);
- ZONA 6 (Park və Şərab Zavodu, Park abadlaşdırma, Şərab Zavodu);
- ZONA 7 (Kulinariya təlim mərkəzi, Abadlaşdırma işləri).
Təkliflər sorğusunda ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilər. İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
- təklif (qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);
- təklif dəyərinin 1 (bir) %-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- yüklülük barədə arayış;
- məhkumluq barədə arayış;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- təkliflər sorğusuna dair təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- peşəkar işçi heyəti (CV);
- lisenziya (müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış lisenziya əlavələri ilə birgə);
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair sənəd;
- digər sənədlər (təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 28 sentyabr 2022-ci il saat 18.00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli 134, 4-cü mərtəbəyə (əlaqələndirici şəxs – Mehman Bayramova) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 29 sentyabr 2022-ci il saat 12.00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir. təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Maraqlanan təşkilatlar +994125058704 (2304) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Faks nömrəsi +99512296015