Tovuz Rayon İcra Hakimiyyəti yol təmir ilə bağlı iki tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, Tovuz rayonunda büdcədənkənar vəsait hesabına yolların əsaslı təmiri işlərini "Construction Business Group" MMC həyata keçirəcək.
Qalib şirkətə 382 979 manat ödəniləcək.
Tovuz rayonunda yolların əsaslı təmiri işləri isə "Epsilon Construction" MMC olub. Həmin şirkətə 524 930 manat ödəniləcək.
Ümumilikdə rayonda təmir işlərinə 907 909 manat sərf olunacaq.