Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi daha bir iri satınalmaya yekun vurub.
Dövlət qurumu 5 ədəd avtomobil aldı - TƏQRİBİ QİYMƏT
FED.az xəbər verir ki, qurum "Açar Qiymətləndirmə Mərkəzi" MMC (VÖEN: 2005567601) ilə 3 996 542 manat dəyərində müqavilə imzalayıb.
Müqavilə "Şirvan Suvarma Kanalının yenidən qurulması" layihəsi çərçivəsində torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə xidmətlərini əhatə edir.
Qeyd edək ki, “Açar Qiymətləndirmə Mərkəzi” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Çingiz Qasımov Qurban oğludur. Hüquqi ünvanı AZ1015, Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 44, m.45 ünvanında yerləşir.