Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Sayli Bərpa, Tikinti Və İdarəetmə Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda topoqrafiya və geodeziya işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 5200287501
Satınalan təşkilatın ünvanı: Zəngilan rayonu, Zəngilan şəhəri
Müsabiqənin başlama tarixi və vaxtı: 24.05.2023 15:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.06.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.06.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 30.06.2023 10:00
Çatdırılma yeri - Zəngilan, Cəbrayıl və Qubadlı rayonları
Çatdırılma müddəti - 6 ay
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Emil Ağazadə, Satınalmalar şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994505060660
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq işlərin yerinə yetirilməsi üçün bina və qurğuların layihələndirilməsi üzrə lisenziya
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Görüləcək işin təsviri A. Ərazinin GPS/Totalstation (yüksək dəqiqlikli ölçmə vasitələri ilə) vasitəsi ilə planalınması 1) Plana alınacaq sahə vizual olaraq müayinə olunmalı, ərazini geodeziya istinad nöqtələri ilə təmin etmək məqsədi ilə istinad bağlanma nöqtələrinin (Reper) yeri müəyyənləşdirməli və bərkidilməlidir (betonla). Həmin nöqtələrin mərkəzləri 2-ci sinif poliqonometriyanın tələblərinə uyğun müəyyən olunmalıdır. 2) İstinad bağlama nöqtələrinin hər biri Dövlət Geodeziya şəbəkəsinə bağlanmalıdır . 3) Dəqiq ölçmə alətləri vasitəsi ilə ərazinin geometrik göstəricilərini təyin etməli və tikintinin həyata keçirilməsi nəzərdə tutulan əraziləridə şaquli planlama zamanı icra olunmuş torpaq işlərinin həcmi hesablanmalıdır. 4) Tikinti zamanı icra olunan işlərə gündəlik geodeziya nəzarəti (hər gün hesabat təqdim olunmaqla). B. Ərazinin Dronla planaalınması 1) Uçuş planının hazırlanması: Uçuşdan öncə Sifarişçinin təqdim etdiyi ərazi üçrə uçuş planının xəritəsi yaradılmalıdır və xəritə ilə bərabər uçuşun bütün parametrləri sifarişçi ilə razılaşdırılmalıdır. 2) Ərzinin yüksək ayırdetməli 2d ortofotosunun yaradılması. Sifarişçi tərəfindən təqdim olunan ərazilərin dron vasitəsi ilə təsvirləri alınmalıdır. Fotoqrammetrik olaraq orto-rektifikasiya edilmiş və rəqəmsal şəkildə birləşdirilmiş şəkillər mozaikası .tiff formatında və CAD uyğun ECW formatında təqdim olunmalıdır. Ortofotolar maksimum dərəcədə çoxlu sayda həndəsi düzəldilmiş (orto-rektifikasiya olunmuş) fotoşəkillərin mozaikasından alınmalıdır ki, xəritənin dəqiqliyi yüksək olsun. 3) .dwg formatında topoqrafik xəritə: Alınmış ortofotodan rəqəmsal xəritə yaradılmalıdır.Rəqəmsal xəritədə torpaq üzərində olan bütün elementlər (binalar, hasarlar,kommunikasiya xəttləri, yollar, çaylar, göllər və digər obyektlər) xarakterik xüsusiyyətləri və materialları ilə aydın təsvir olunmalıdır. C. Çatdırılacaq son məhsullar: Dron təsvirlərindən ərazi üçün aşağıdakı vacib məhsulun əldə edilməsi tələb olunur: 1) ərazinin 1:1000 miqyaslı topoqrafik xəritəsi və ortofotosu, 2) 1:1000 miqyaslı və 5 sm ayırdetməli rəqəmsal hündürlük modeli (DEM), 3) Nöqtələr buludu, 4) Ərazinin rəqəmsal xəritəsi, 5) İstinad bağlanma nöqtələrinin koordinatları və ölçmə hesabatı D. Proqram təminatı Sifarişçi dron təsvirlərinin emal olunması və üzərində kartoqrafik əməliyyatların aparılması üçün son məhsullar CAD/GIS proqram təminatı ilə birlikdə təqdim etməlidir .