“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” bərpa və tikinti işləri çərçivəsində yeni tenderlər elan edilib.
Dövlət qurumundan "Az-Tex-Import" şirkətinə - 8 MİLYONLUQ SİFARİŞ
FED.az xəbər verir ki, birinci tender “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-137 üzrə binaların tikintisi işləri”ni əhatə edir. Layihənin ehtimal olunan dəyəri 9 milyon 643 min 311 manatdır. Təkliflərin son təqdim edilmə tarixi və zərflərin açılışı 5 noyabr 2025-ci il saat 12:00-da baş tutacaq. Müsabiqədə iştirak haqqı 1500 manat təşkil edir. Satınalmaya məsul şəxs Satınalma şöbəsinin böyük məsləhətçisi Orxan İbadovdur (əlaqə: [email protected], +994 55 386 15 15).
İkinci satınalma isə “Ağdam rayonu, Ağdam şəhəri F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektləri, sahədaxili mühəndis-kommunikasiya sistemləri (su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilər) və yaşıllıq-abadlıq işləri” layihəsini əhatə edir. Bu layihənin ehtimal olunan qiyməti 9 milyon 675 min 661 manat müəyyən olunub. Təkliflərin təqdim olunması və zərflərin açılışı 4 noyabr 2025-ci il saat 12:00-da həyata keçiriləcək. Müsabiqədə iştirak haqqı eyni qaydada 1500 manatdır. Satınalmaya məsul şəxs Baş məsləhətçi Zabil Vəliyevdir (əlaqə: [email protected], +994 50 466 12 66).
Hər iki tenderin ümumi dəyəri 19 milyon 318 min 973 manat təşkil edir.













