Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti açıq tender elan edir.
Dövlət qurumu tibbi avadanlıqlara 744 min manat - XƏRC ÇƏKƏCƏK
FED.az xəbər verir ki, elanda Əlicançay su anbarının tikintisi nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 15 000 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300300711
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Moskva prospekti 69a
Müsabiqənin başlama tarixi və vaxtı : 30.09.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 06.11.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 16.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı : 17.11.2023 15:00
Hesab nömrəsi: AZ10IBAZ38070019449716100216
Bankın kodu: 805562
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın VÖEN-i: 99000001881
Swift kodu: CTREAZ22
Ödəniş şərtləri : Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər)
Çatdırılma yeri : Şəki və Oğuz rayonları
Çatdırılma müddəti : 1080 təqvim günü və yaxud 36 ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.
İxtisas göstəriciləri:
Müqaviləni vaxtında yerinə yetirmək üçün aşağıda qeyd olunan maşın-mexanizmlər tələb olunur:
Müqaviləni vaxtında yerinə yetirmək üçün aşağıda qeyd olunan tərkibdə və sayda mütəxəssis heyəti tələb olunur:
Satınalma müqaviləsinin icrasına yönəltmək məqsədi ilə İddiaçının malik olduğu sərbəst maliyyə resurslarının və ya bankın zamin olduğu kreditin minmum məbləği 12000,0 min manatdan az olmamalıdır.
İddiaçının son 10 (on) ildə meliorasiya və su təsərrüfatının inkişafı məqsədilə aparılan işlər tərkibində müxtəlif növ hidrotexniki qurğuların tikintisi və təmir-bərpası üzrə orta illik dövriyyəsi 5 (beş) milyon manatdan az olmamalıdır;
• İddiaçı son 10 (on) il ərzində respublika ərazisində əsas podratçı kimi iri tutumlu su anbarı, hidroqovşaqlar və magistral kanallardan ən azı birinin və onlara bağlı minimum 10 m3/san su buraxma qabiliyyətinə malik müxtəlif növ hidrotexniki qurğuların (suqəbiledici, qəza sutullayıcı tunel, düker) tikintisi və əsaslı təmir-bərpası təcrübəsinə malik olmalı və həmin işlərə dair minimum 2 obyekt üzrə işbitirməni təsdiq edən sənədləri təqdim etməlidir;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Qulam Aslanov , Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012 431-08-64