Sabunçu Tibb Mərkəzi tikili və avadanlıqların cari təmiri ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1800199141
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Sabunçu rayon Ə.Məmmədəliyev küç 21
Müsabiqənin başlama tarixi və vaxtı: 31.05.2023 13:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 24.06.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.07.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 10.07.2023 10:00
Ödəniş şərtləri - Bütün işlər bitdikdən sonra köçürmə yolu ilə
Çatdırılma yeri - Bakı ş, Ə.Məmmədəliyev 21
Çatdırılma müddəti - Müqavilə imzalandıqdan sonra bir təqvim ayı müddətinə
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Son bir illik fəaliyyəti haqqında bank arayışı
Son bir illik fəaliyyəti haqqında vergi orqanı tərəfindən verilən maliyyə hesabatı
Oda davamlı məhlulun sertifikatı
Oda davamlı məhlulun AR FHN, DVMX-nin Yanğından tədqiqatı və sınaq laboratoriyasının protokolu.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Alışova Yaqut, Satınalma şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (055)5068902
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Sabuinçu Tibb mərkəzi |
Taxta konstruksiyaların xüsusi oda davamlı məhlil ilə ikiqat hopdurulması |
11.900 |
m(2) |
2 |
7saylı birləşmış xəstəxananın poliklinika şöbəsi |
Taxta konstruksiyaların xüsusi oda davamlı məhlil ilə ikiqat hopdurulması |
3.630 |
m(2) |
3 |
5 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanası |
Taxta konstruksiyaların xüsusi oda davamlı məhlil ilə ikiqat hopdurulması |
2.250 |
m(2) |