"Azergold" QSC şirkəti "Ağyoxuş" və "Çovdar" filiz emalı sahələrində çalışan işçilər üçün tibbi xidmətlərin göstərilməsinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 314 608 manatlıq tenderin qalibi "Azmedicom" MMC olub.
Tenderlə zəhərli maddələrə qarşı (sianid, turşulara qarşı) - antidotlarla tibb məntəqəsi təmin ediləcək. Həmçinin antidotların vurulması tibbi personal tərəfindən həyata keçiriləcək və sianid zəhərlənmələri həkimlər tərəfindən müalicəsi nəzərdə tutulub. Digər göstəriləcək xidmətləri aşağıdakılar aiddir:
Civənin çəkisinin yoxlanılması məqsədilə bir aydan bir 60 nəfər üçün sidikdən analizlərin götürülməsi;
İlk tibbi yardımın göstərilməsi ilə bağlı akkreditasiyadan keçmiş təlim şirkəti tərəfindən işçi heyətinə təlimin keçirilməsi və müvafiq sertifikat ilə təmin olunması (40 nəfərə);
Sürücülərin gündəlik tibbi və alkoqol müayinələrinin aparılması (Azərbaycan Respublikasının qanunvericilik və normativ aktlarına uyğun olaraq);
İlan və əqrəb sancmalarına qarsı antidotlar (antidotların vurulması tibbi personal tərəfindən həyata keçirilməlidir);
Narkotik maddələrə dair (narkotestlərin il ərzində) sidikdən testlərin təşkili;
İl ərzində ərazidə olan ilk tibbi yardım qutularınıın zəruri tibbi ləvazimatlarla təmin edilməsi və yenilənməsi və s.