“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti xarici sularda üzən gəmilərin heyəti üçün fərdi qəza (tibbi sığorta) sığorta xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir.
Agentlik yumşaq inventar və geyimlər alır - SİYAHI
FED.az xəbər verir ki, müraciət üçün son müddət 29 iyun 2022-ci il saat 17.00-dəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1132. (uzadılma-1).
Ünvan- Bakı, Mikayıl Useynov küçəsi 2.