İcbari Tibbi Sığorta Dövlət Agentliyi açıq tender elan edir.
Tibbi avadanlıqların alınması ilə bağlı – BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, tender elanı “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat və tibbi ləvazimat mallarının satın alınması ilə bağlıdır.
Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (Əlaqələndirici şəxs: Səbinə Məmmədova, Telefon: (+994 12) 310 07 70 (daxili 4444), E-mail: [email protected]) ala bilərlər. Tender 1 lot üzrə keçirilir: LOT-1. "Yeni Klinika" tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat və tibbi ləvazimat mallarının satın alınması. İştirak haqqı: LOT-1. 1,500.00 (bir min beş yüz) manat; İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs VÖEN: 1701911851 Hesab: AZ52AIIB38090019440013375105 Bank: Kapital Bank ASC Səbail filialı Bankın VÖEN-i: 9900003611 Kod: 200059 Müxbir hesabı: AZ37NABZ01350100000000001944 S.W.I.F.T.BIK -AIIBAZ2X İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət; 2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (01.03.2023-cü il tarixdən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır); 4) İddiaçının son (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; 5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti); 6) Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 80 bank günü qüvvədə olmalıdır); 7) Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır); 8) Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd - Kommersiya məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış (01.03.2023-cü il tarixdən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır); 9) Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır); 10) Sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış (malgöndərən uçotda olduğu statistika orqanından alır); 11) Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); 12) İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 13) Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26.04.2023-cü il saat 17:30- a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 04.05.2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 05.05.2023-cü il saat 17:30-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İddiaçı əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçının əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender komissiyası