İcbari Tibbi Sığorta Dövlət Agentliyi açıq tender elan edir.
Tibbi avadanlıqların alınması ilə bağlı – BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, tender elanı “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat və tibbi ləvazimat mallarının satın alınması ilə bağlıdır.
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
İştirak haqqı: 1.500 AZN
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.04.2023 17:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.05.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 05.05.2023 17:30
Əlaqələndirici şəxs: Səbinə Məmmədova
Əlaqələndirici şəxsin nömrəsi: (+994 12) 310 07 70 (4444)
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 80 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 110 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış (malgöndərən uçotda olduğu Statistika orqanından alır); Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peş.ə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd- Kommersiya məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış (01.03.2023-cü il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır); Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (01.03.2023-cü il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır); Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd. Təqdim olunacaq sənədlər 01.03.2023-cü il tarixindən sonrakı tarixə verilməlidir. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını (1,500.00 manat) hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanından və ya [email protected] ünvanına müraciət edərək ala bilərlər. Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs. VÖЕN: 1701911851. H/h: AZ52AIIB38090019440013375105. Bank: Kapital Bank ASC Səbail filialı. Bankın VÖЕN-i: 9900003611. Kоd: 200059. M/h: AZ37NABZ01350100000000001944. S.W.I.F.T.BIK –AIIBAZ2X.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.