"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrdə istifadə olunacaq laboratoriya testlərinin satın alınması ilə bağlı 2 iri məbləğli tenderə yekun vurub.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi - TENDER KEÇİRİR
FED.az xəbər verir ki, birinci tender 5 tibb mərkəzi üçün laboratoriya testlərinin satın alınmasını əhatə edib. Tenderin qalibi "Azəri Med" QSC (VÖEN: 1500072561) olub. Qalib şirkətə 14 759 980 manat ödəniləcək.
Qeyd edək ki, "Azəri Med" QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F ünvanında yerləşir.
İkinci tender isə 3 tibb mərkəzini əhatə edir. Bu tenderdə qalib isə "Medsol" MMC (VÖEN: 1502350481) olub və şirkətə 20 901 546 manat ödəniş ediləcək.
Qeyd edək ki, "Medsol" MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 24 000 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 2F, m.0 ünvanında yerləşir.