Ağdaş Rayon Mərkəzi Xəstəxanası açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda ərzaq məhsullarının alınması və təminatı (01.01.2024-cü il tarixdən - 30.06.2025-ci il tarixədək keytring xidməti) nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir
Satınalan təşkilatın VÖEN-i : 3300042651
Satınalan təşkilatın ünvanı : Ağdaş şəhəri Heydər Əliyev prospekti 184
Müsabiqənin başlama tarixi və vaxtı: 14.11.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.12.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.12.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 14.12.2023 16:00
Ödəniş şərtləri : Ödənişlər malların (işlərin və ya xidmətlərin) təhvil-təslim aktına uyğun olaraq elektron qaiməyə əsasən bank köçürməsi ilə ödəniləcəkdir.
Çatdırılma yeri : Ağdaş şəhəri Heydər Əliyev prospekti 184
Çatdırılma müddəti : 01.01.2024-cü il tarixdən-30.06.2025-ci il tarixədək gündəlik olaraq (qeyri iş günləridə daxil ol maqla) 1 nəfərin gün ərzində 3 dəfə qidalanması. Sifarişlər sifarişçi tərəfindən gündəlik olaraq xəstə sayına uyğun tələbnamə əsasında veriləcəkdir.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (hüquqi sənədlərin surətləri notarial qaydada təsdiqli olmalıdır);
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd(Dövlət Vergi Xidmətindən alınmış Yüklülük haqqında arayış)
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının mikro, kiçik, orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən alınmış arayış)
İddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında sənəd
Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyi tərəfindən verilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subiyektlərin dövlət reyistindən çıxarış (Müvafiq qrumun səlahiyyətli şəxsi tərəfindən təsdiq olunmuş formada)
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Həsən Osmanov, Satınalma şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu : 0202355544