Respublika Təcili Və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ““Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter”, “Ford Transit”, “FİAT Doblo XL”, “Volkswagen Crafter” markalı təcili yardım və digər markalı avtomobillər üçün avtoşinlərin və akkumulyatorların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Şurataz Ltd” MMC olub.
Qalib şirkətə 125 658 manat ödəniləcək.
Bu qiymətə daxildir 940 ədəd avtoşin və 130 ədəd akkumlyator.