Ordubad Rayon Mərkəzi Xəstəxanası “Nəqliyyat vasitəsi 17+1 yerlik avtobusun satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Luxury Cars Baku” MMC olub.
Şirkətlə 108 000 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən buraxılış ili 2023-cü il olan xidməti mikro avtobus satın alınacaq. Qeyd edək ki, avtobusun Naxçıvan MR-na çatdırılması qiymət təklifinə daxil edilmədir.
Avtobus haqqında digər məlumatlar aşağıda qeyd olunmuşdur :
Mühərrik: 2.2 L
Maksimal gücü (at gücü): 154 a.g.
Transmissiya növü: 6 pilləli mexaniki
Ötürücü: Arxa
Təhlükəsizlik: ABS / ESP, 3 nöqtəli təhlükəsizlik kəməri, ön təhlükəsizlik yastıqları, mərkəzi kilid sistemi
İnteryer: Dəri sükan, hündürlüyə və dərinliyə görə tənzimlənən sükan, avtomatik kondinsioner, ön və arxa park sensorları, duman əleyhinə faralar
Oturacaqların sayı: 17+1
Yanacaq növü: Dizel
Rəng: Ağ və ya Göy
Yürüş : 0 km Zəmanət: 2 il və ya 100000 (bir yüz min) km (daha gec bitən göstərici (il və ya km) üzrə)