İcbari Tibbi Sığorta Agentliyi tibbi alətlərin satın alınması ilə bağlı açıq tender elan edir.
İcbari Tibbi Sığorta Agentliyi – TENDER ELAN ETDİ
FED.az xəbər verir ki, tender elanı “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi alətlərin satın alınması ilə bağlıdır.
Tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.04.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.05.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 05.05.2023 16:00
Əlaqələndirici şəxs: Anar Rəhimov
Əlaqələndirici şəxsin nömrəsi: (+99412) 310 07 70, daxili 2022, email: [email protected]).
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 55 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 100 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: VÖЕN: 1701911851, Hеsab: AZ52AIIB38090019440013375105, Bank: Kapital Bank ASC Səbail filialı, Bankın VÖЕN-i: 9900003611, Kоd: 200059, Müxbir hеsabı: AZ37NABZ01350100000000001944, S.W.I.F.T.BIK –AIIBAZ2X. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət, Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (01.03.2023-cü il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır), İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.03.2023-cü il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır), İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti), Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 55 bank günü qüvvədə olmalıdır), Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 45 bank günü çox olmalıdır), Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd- Kommersiya məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış (01.03.2023-cü il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır), Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır), Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış (01.03.2023-cü il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır), tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə), İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, Tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər, İddiaçının təklif olunan malların satılmasına müvəkkil edildiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form). Təklif edilən mallar müxtəlif istehsalçılara aid olduğu halda hər təklif edilən avadanlıq üçün müvafiq sənədin təqdim edilməsi tələb oluna bilər, Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi (Bənzər tərkibdə və həcmdə işlər üzrə ən azı 2 (iki) satınalma müqaviləsinin tam icrası (Həmin müəssisələrdən işin keyfiyyətlə icra edilməsi barədə müvafiq referans məktubları, bağanmış müqavilə, təhvil- təslimi ilə əlaqədar akt təqdim edilməlidir), Təklif edilən avadanlıqlar üzrə mənşə və uyğunluq sertifikatları, həmçinin digər standartlara dair təsdiqedici sənədlər. İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 2 nüsxədə (“Əsli” və “Surəti”) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli” və “Surəti” arasında fərqlər olduqda üstünlük "Əsli" sözü yazılmış nüsxəyə veriləcəkdir. Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26.04.2023-cü il saat 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 04.05.2023-cü il saat 18:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 05.05.2023-cü il saat 16:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İddiaçı əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçının əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.