Fed.az xəbər verir ki, Milli İdman Tibb və Reabilitasiya İnstitutu dərman və tibbi materialların satınalınması üçün AÇIQ TENDER ELAN EDİR.
Tender 8 lot üzrə keçirilir.
lot -1. Reaktivlər (biolis) və rentgen plyonkaların satınalınması.
lot -2. Dərmanlar və tibbi materialların satınalınması.
lot -3. İstifadə üçün lazım olan testlərin satınalınması.
lot -4. Stasionarda istifadə olunan tibbi ləvazimatların satınalınması.
lot -5. HYALURON TURŞUSUNUN satınalınması.
lot -6. Laboratoriya üçün materialları satınalınması.
lot -7. Teypin satınalınması.
lot -8. MRT plyonkalarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar +994(12)404 83 10 nömrəli telefonlara faks:+994(12) 404 83 12 müraciət edə bilərlər (əlaqələndirici şəxs Zeynalova Emiliya Rasimovna).
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Milli İdman Tibb və Reabilitasiya İnstitutundan (Bakı şəhəri, Olimpiya küçəsi, 4a) ala bilərlər.
İştirak haqqı Lot -1- 170 manat, lot- 2- 230 manat, lot- 3- 80 manat, lot -4- 50 manat, lot -5- 80 manat, lot -6- 240 manat, lot -7- 30 manat və lot- 8- isə 125 manatdır.
Bank: “PAŞA Bank” ASC
Kod: 505141
M/h: AZ82NABZ01350100000000071944
VÖEN: 1700767721
S.W.I.F.T BİK: PAHAAZ22
Alan müştəri: Milli İdman Tibb və Reabilitasiya İnstitutu” MMC
H/h: AZ46PAHA38060AZNHC0190014351
VÖEN: 1502424361
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzindəki maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;
- tender təklifi zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının müvafiq sahə üzrə ən azı üç il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd;
- qanunvericiliyə uyğun onunla əlaqəli olmayan şəxs və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı üç korporativ müştəri tərəfindən verilən tövsiyyə məktubu.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 24 iyul 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 2 faizi məbləğində bank təminatını 2 avqust 2018-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 3 avqust 2018-ci il saat 10.00-da Milli İdman Tibb və Reabilitasiya İnstitutunda açılacaqdır.
Tibb və Reabilitasiya İnstitutu - TENDER
10:49
3 İyul 2018