1 Nömrəli Bakı Tibb Kolleci əsaslı təmir işlərinin satınalınması üzrə açıq tender elan edir.
Ədliyyə Nazirliyi tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/-dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı - 250 (iki yüz əlli) AZN
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
VÖEN:1300172281
Hesab: AZ16CTRE00000000000002128401
Adı: ABB Yasamal filialı
Kodu: 805562
VÖEN: 9900001881
Müxbir hesab:
AZ03NABZ01350100000000002944
S.W.İ.F.T. AİBAZ2X
Ünvan: Bakı şəhəri, B.Bağırova küç.9
Əlaqələndirici şəxs: Mirzəyeva Yasəmən
Tel.: 055-238-63-04
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07.07.2021-ci il saat 10:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 15.07.2021-ci il saat 12:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 16.07.2021-ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.