"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Bakı şəhəri Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin əhatəsində yerləşən 30 ha ərazidə salınacaq parkın layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi " TFM-Smart Project" MMC olub. Şirkətlə 725 min 600 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 6 min 500 manat dəyərindəki “Əsaslı təmir işləri üzrə layihə-smeta işlərinin satın alınması” (05.11.2022) tenderini qazanıb.