Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda subartezian quyuları üçün təmir aqreqatlarının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 600 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1000444591
Satınalan təşkilatın ünvanı: M.Rəsulzadə qəsəbəsi keçid 1285
Müsabiqənin başlama tarixi və vaxtı: 13.09.2023 11:35
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.09.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 28.09.2023 12:00
Hesab nömrəsi: AZ65CTRE00000000000002357603
Bankın adı: Dövlət Xəzinadarlıq Agentliyi
Bankın kodu: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın VÖEN-i: 1401555071
Swift kodu: CTREAZ22
Ödəniş şərtləri - Köçürmə yolu ilə
Çatdırılma yeri - AZ-1054, Bakı şəhəri, M.ƏRəsulzadə qəsəbəsi keçid 1285
Çatdırılma müddəti - Müqavilə imzalandıqdan sonra 75 təqvim günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış. Texniki zərfdə
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. Texniki zərfdə
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. Texniki zərfdə
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə. Texniki zərfdə
Rekvizitlər. Texniki zərfdə
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. Texniki zərfdə
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. Texniki zərfdə
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması. Texniki zərfdə
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması. Texniki zərfdə
Satın alınan mallara istehsalçı tərəfindən sertifikatlaşdırılmış və ölkə ərazisində fəaliyyət göstərən rəsmi servis mərkəzi olmalıdır. Servis mərkəzinin işçi heyəti istehsalçıdan və ya beynəlxalq qurumlardan sertfikatlaşdırılmış olmalıdır. Əks halda iddiaçılar ixtisas göstəricilərinə uyğun olmayan iddiaçı kimi müsabiqədən kənarlaşdırılır. Texniki zərfdə
İstehsalçı tərəfindən yalnız Satınalan Təşkilata ünvanlanmış tenderdə iştirak etmək üçün etibarnamə (MAF məktubu, ƏŞT-da bölmə 8, qoşma 7-yə uyğun). Texniki zərfdə
İstehsalçı haqqında məlumat (ƏŞT-da bölmə 8, qoşma 6-ya uyğun) və əlavə olaraq istehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı. Texniki zərfdə
İstehsalçı tərəfindən malların 75 təqvim günü müddətində çatdırılma, zəmanət müddəti və şərtləri haqqında satınalan təşkilata ünvanlanmış öhdəlik məktubu. Texniki zərdə
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İsmayılzadə Cavid, Rəsi müavini
Email: [email protected]
Əlaqə telefonu: 4128876 , 050 318 11 55
Tələb olunan iddiaçıların sayı: 3
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.