Sosial Xidmətlər Agentliyi Agentliyin Aparatı, filialları və tabeliyində olan sosial xidmət müəssisələri üçün dəftərxana mallarının satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1405196831
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2
Müsabiqənin başlama tarixi və vaxtı: 29.08.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.09.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.09.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 28.09.2023 15:00
Ödəniş şərtləri - Yerinə yetirilmiş işlərə dair təqdim olunmuş sənədlər əsasında ödənişlər həyata keçiriləcək
Çatdırılma yeri - Agentliyin Aparatı, filialları və tabeliyində olan sosial xidmət müəssisələrinin ünvanlarına
Çatdırılma müddəti - Müqavilə imzalandığı tarixdən 30.12.2023-cü il tarixə kimi
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əlavə redaksiya olunubsa bütün nüsxələr təqdim olunmalıdır), iddiaçının qeydiyyatdan keçdiyi ölkə, satınalma müqaviləsinin bağlanma səlahiyyətinin olması (direktorun təyin edilməsi əmri), iddiaçının rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının (bağlanmış müqavilələrin skanı), təcrübəsinin, texniki imkanlarının (vergi orqanlarında uçota alınmış qeyri yaşayış obyekti barədə məlumat), işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd
2022-ci il üzrə mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə arayış
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nəsimi Kərimzadə, Satınalmalar üzrə aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012-525-41-30