Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda ataq dəstlərinin istehsalı üçün lazım olan mal-materialların alışı nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1500298211
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Müsabiqənin başlama tarixi və vaxtı: 06.07.2023 13:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:03.08.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı:04.08.2023 15:00
Çatdırılma yeri - Tbilisi prospekti 129D
Çatdırılma müddəti - 1 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Maliyyə vəziyyəti haqqında bank arayışı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İsmayıl Cəbrayılov, Rəis müavini
Email: [email protected]
Əlaqə telefonu: 012-430-31-41
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Parça bəyaz |
parça bəyaz, 100% pambıq, 64 tel |
94.400 |
m |
2 |
Sap |
sap 1/3000 m (tikiş və overlok) |
1.000 |
ədəd |
3 |
Qutu 1/20 |
qutu 1/20 |
650 |
ədəd |
4 |
Salafan torba |
salafan torba |
13.000 |
ədəd |