Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ““Tərtər rayonu, Suqovuşan qəsəbəsində tikintisi nəzərdə tutulan 5 ədəd 5 mərtəbəli yaşayış binası üçün transformator məntəqəsinin tikintisi” işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Füzuli şəhəri və Tərtər rayonunda yaşayış məntəqələri üçün xidmətlər alındı – MƏBLƏĞ, QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “İnterenerqo” müəssisəsi olub.
Şirkətlə 1 471 327 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “İnterenerqo” müəssisəsi 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Arif Süleymanov Tapdıq oğludur. Hüquqi ünvanı Az1102, Bakı Şəhəri Nəsimi Rayonu, Asif Məhərrəmov, Ev 34 A ünvanında yerləşir.