Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Tərtərçay sol sahil kanalının yenidən qurulması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Muğansutikintiyol” MMC olub. Şirkətlə 13 milyon 583 min 639 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurumun 5 milyon 625 min manat məbləğindəki “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər”in layihə - smeta sənədlərinin hazırlanması və tikinti işlərinin aparılması üzrə” (27.10.2022) qazanıb.