“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 2022-ci il üçün nəzərdə tutulan Tərtərçay sol sahil kanalının yenidən qurulması məqsədilə açıq tender elan edir.
Dövlət qurumu şüşə alır - TENDER ELANI
FED.az xəbər verir ki, tenderdə iştirak ödənişi 4 000 manatdır və son müraciət tarixi 29 iyul 2022-ci il saat 17.00-a kimidir.
Əlaqələndirici şəxs- Quliyev Emin Arif oğlu (S.A.A.)
Satınalan təşkilatın ünvanı-Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69 A.
Əlaqələndirici şəxsin [email protected]
Əlaqə nömrəsi- (012) 431- 08- 64.
Satınalma predmetinin adı - Tərtərçay sol sahil kanalının yenidən qurulması .
Ünvanı -Tərtər rayonu ərazisi
İşlərin qısa təsviri- l=20175 pm uzunluğunda Tərtərçay sol sahil kanalının qurğularla birlikdə tikintisi.
İşlərin yerinə yetirilmə müddəti – 19 aydır.
Tender təkliflərinin qiymətləndirməsi meyarları:
Tender təklifinin ödəniş şərti – 10 bal. İddiaçı bağlanacaq satınalma müqaviləsini işlər yerinə yetirildikdən sonra ödəniş edilməsi şərti ilə bağlamağa razıdırsa bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır. İddiaçı tender təklifində 30 faizdən artıq avans ödənişi tələb edərsə, həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 30 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq (30 – X)/30x10 X - tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.
Qiymət təklifi – 90 baldır.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
İştirak haqqı 4000 (dörd min manat) manatdır (iştirak haqqının məbləği Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikası Qanunun 29.1 maddəsinə müvafiq olaraq müəyyənləşdirilir).
İddiaçılar aşağıda göstərilən hesaba müəyyən edilmiş iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
VÖEN - 1300300711
H/h - AZ 10 IBAZ 380700194497 16100216,
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h- AZ03NABZ01350100000000002944
VÖEN -9900001881
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tender təklifi azı 30 bank günü qüvvətə olmalıdır (tender təkliflərinin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır). Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi zəruridir).
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bank tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslərin Dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin olması zəruridir).
7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir).
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (asan xidmət tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (vergi xidməti tərəfindən təqdim edilməli, son rübü əhatə etməsi zəruridir).
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (vergi xidməti tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).
11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması (iddiaçı tərəfindən təqdim edilməlidir).
12. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməlidir).
13. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3 və 13-cü sıralarda göstərilən sənədləri 29 iyul 2022-ci il saat 17.00-a (tender təkliflərinin açılısına 7 (yeddi) bank günü qalmış) ixtisas göstəriciləri uyğun gələn iddiaçıların tender təklifi və bank təminatını isə 18 avqust 2022-ci il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə satınalan təşkilata təqdim etməlidirlər.
İddiaçıların təklifləri 19 avqust 2022-ci il saat 15.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.