Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Bərdə şəhəri hüdudlarında Tərtər çayında sahilbərkitmə işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Qarabağ-ER” MMC olub.
Qalib şirkətə 4 milyon 099 min 895 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurumun 1 milyon 10 min 600 manat məbləğindəki “"Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarzə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri" obyekti tərkibində Ağcabədi rayonu ərzisində Qarqarçayda selə qarşı müabrizə tədbirlər” (05.05.2020) qazanıb.